Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия




Sərgi haqqında

AITF sərgisi Azərbaycan və bütün Qafqaz regionunda turizm sənayesi ilə bağlı keçirilən tədbirlər sırasında qeyd-şərtsiz lider mövqeyini tutur. Regionun turizm sənayesinin ən önəmli hadisəsi sayılan “AITF” sərgisi Azərbaycan və xarici ölkələrin səyahətlər sənayesi peşəkarlarının arasında əlaqələrin qurulması və daha da möhkəmləndirilməsi üçün biznes-platforma rolunu oynayır.


Etibarlı tərəfdaş… Azərbaycan

Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) 2008-ci ilin yekunlarına həsr olunmuş məruzəsində islahatların həyata keçirilməsinə görə Azərbaycan dünya lideri adına layiq görülüb.

Artıq hamıya məlumdur ki, bu gün bütün dünyada iqtisadiyyat öz böhranlı günlərini yaşayır, sənaye istehsalı get-gedə azalır. Azərbaycanda isə son 5 ildə, yəni 2004-2008-ci illərdə müşahidə edilən iqtisadi inkişafa heç bir ölkədə rast gəlinməyib. Beş il ərzində iqtisadiyyatımız 2,6 dəfə, büdcə məsrəfləri isə 10 dəfədən də çox artıb. BMT-nin dünya üzrə iqtisadi şəraitə həsr olunmuş məruzəsindəki proqnozlara əsasən, ötən illərdə olduğu kimi 2009-cu ildə də MDB məkanında ən dinamik iqtisadiyyata malik olan ölkə məhz Azərbaycan hesab olunur.


AITF – FAKTLAR VƏ RƏQƏMLƏR

Təsis olunduğu il: 2002
Dövrilik: hər il
Ölkələrin sayı: 21
2008-ci ilin iştirakçıları: 70
2009-cu ilin iştirakçıları: 112
2008-ci ilə nisbətən artım: 39%
Ziyarətçilərin ümumi sayı: 7640
Peşəkar ziyarətçilər : 4568
AITF 2010
Gözlənilən iştirakçıların sayı: 180
Gözlənilən sərgi ərazisi: 2750 sq.m


APARILMIŞ SORĞUNUN NƏTİCƏLƏRİ
  • İştirakçıların 65.3%-i bildirib ki, onlar uğurlu əlaqələr qurmağa müvəffəq olublar.
  • İştirakçıların 73%-i təsdiq edib ki, ziyarətçilərin keyfiyyəti onların ümidlərini doğrultmuşdur.
  • 85,8% iştirakçı Qafqaz regionunda biznesin inkişaf etdirilməsi üçün sərgidə iştirak etməyin vacibliyini vurğulayıb.
  • Eksponentlərin 73.9%-i növbəti ildə də bu sərgidə iştirak etmək arzusunda olduqlarını bildiriblər.

Tədqiqatlar “SIAR Research and Consulting” şirkəti tərəfindən həyata keçirilmişdir.


SƏNAYE

Azərbaycanda turizm sənayesi dinamik şəkildə inkişaf edir və yeni maraqlı istirahət istiqamətləri və növləri ilə daha da zənginləşir. Bütün bunlar AITF sərgisində əyani şəkildə nümayiş etdirilir.

Son 4 il ərzində ölkədə ümumilikdə otaqlarının sayı 30.706 olan 320 müxtəlif kateqoriyalı mehmanxana inşa və bərpa edilib; hal-hazırda isə daha 35 yeni otel inşa olunmaqdadır.

Azərbaycanda 300-dən çox turizm agentliyi fəaliyyət göstərir, 2009-cu ildə 4 beynəlxalq səviyyəli hava limanının açılışı olmuşdur.

Daxili turizm: Dünyanın bir çox ölkələrində turist axınının ümumi şəkildə azalmasına baxmayaraq, Azərbaycanda ölkəyə rekord sayda turistlərin axını müşahidə olunur. Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata əsasən, 2009-cu ildə Azərbaycana səfər edən turistlərin sayı 2.3 milyon nəfər təşkil etmişdir ki, bu da ötən il üzrə göstəricilərdən 40-45% çoxdur.

Xarici turizm: Ölkənin hüdudlarından kənara səyahət edən Azərbaycan turistlərinin də sayı kifayət qədər çoxalmışdır. Belə ki, əgər 2008-ci ildə turistlərin sayı 2.45 milyon nəfər təşkil edirdisə, 2009-cu ilin sonlarına yaxın bu rəqəm 16-17% artmışdır. Bu ilin ən populyar marşrutları Türkiyə, İtaliya, İspaniya, Dubay, Ukrayna, Rusiya, Yunanıstan, Malayziya, Tailand, İsveçrə və s. olmuşdur.


RƏYLƏR

Turizm sektorunun inkişafı ölkə rəhbərliyi tərəfindən iqtisadiyyatın qeyri-neft sektorunun ən prioritet istiqamətlərindən biri kimi müəyyən edilib. Azərbaycanın inkişaf edən turizm sənayesi üçün “AITF” sərgisi kimi tədbirlər mühüm əhəmiyyət kəsb edir, belə ki, onlar xarici sərmayədarların və turizm biznesində çalışan peşəkarlarının ölkəyə marağını daha da artırır.

cənab Əbülfəz Qarayev
Azərbaycan Respublikası Mədəniyyət və Turizm naziri
“AITF” 2009

 

Təkcə ötən il ərzində Azərbaycan turistlərinin Çexiya kurortlarına gəlişi artaraq təxminən 30% təşkil etmişdir. Ümidvarıq ki, bu sərgidə qurulan yeni əlaqələr ölkəmizə turist axının daha artmasına yardım edəcək.

Helena Svobodova,
Çexiya Respublikası Milli Turizm İdarəsinin Moskva nümayəndəliyinin direktoru
“AITF” 2008-2009

 

Bizim üçün yeni bir istiqamət kimi Mavriki adasını Azərbaycanda keçirilən “AITF” sərgisində təmsil etmək çox böyük bir şərəf idi. Biz burada insanların xeyirxahlığına və Bakı şəhərinin gözəlliyinə heyran qaldıq. Şübhəsiz ki, sərgi bizim çox xoşumuza gəldi və biz növbəti il “AITF 2010” sərgisində iştirak etmək üçün yenidən bura gələcəyik.

Coel Cin və Rac Cuqro
“MAUTURCO” turizm agentliyi
AITF 2009

 

Sərgi mənim xoşuma gəldi. Bu tədbir turizm sənayesi üçün əsl forum rolunu oynayır. Hər şey çox gözəl nümayiş etdirilib və bu, forumun qonaqlarına öz işlərini daha da məhsuldar şəkildə həyata keçirmək imkanını yaradır.

Yelena Jirnova, peşəkar ziyarətçi,
“Al-Jawad Tours” şirkətinin marketinq üzrə mütəxəssisi

 





XƏBƏRLƏR
ÖLKƏ TƏRƏFDAŞI
Go Turkey
KOMMUNİKASİYA TƏRƏFDAŞI
Azerfon-Vodafone
SIĞORTA TƏRƏFDAŞI
Pasha Sigorta
TEXNİKİ DƏSTƏK
CASPEL
KREATİV TƏRƏFDAŞ
Krea
MARKETİNQ ARAŞDIRMA TƏRƏFDAŞI
SIAR
VALYUTA MƏZƏNNƏSİ
  06/09/2010 07/09/2010
USD 0.8035 0.8034
EUR 1.0300 1.0360
GBP 1.2391 1.2436
RUR 0.0262 0.0263
HAVA



AITF is Copyright © 2000-2010 Bütün hüquqlar qorunur. Hosted by VebTek