17-ci Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisi

5 - 7 aprel 2018 • Bakı Ekspo Mərkəzi


Tərəfdaş Ölkə

İştirakçılar üçün » Workshop

Artıq ikinci dəfə “AITF” sərgisi çərçivəsində  təşkil olunan qapalı, ixtisaslaşdırılmış WORKSHOP vasitəsi ilə sərgi eksponentləri aparıcı yerli turizm şirkətləri ilə B2B görüşlər keçirmək,  şirkətlərinin mövsümə aid eksklüziv təklifləri barədə məlumat vermək və gələcək faydalı işgüzar əlaqələr qurmaq üçün əlavə imkanlar əldə  etdilər.

Tərlan Quliyev, icraçı direktor, “Altus Travel” şirkəti
Biz “AITF” sərgisi çərçivəsində keçirilən vorkşopda debüt edirik və tədbirin nəticələrindən çox razıyıq! Bu tədbirdə artıq uzun illər əməkdaşlıq etdiyimiz tanınmış şirkətlər və müxtəlif istiqamət və ölkələr üzrə öz turizm məhsullarını təqdim edən yeni şirkətlərlə görüşlər keçirmək çox xoş oldu. Şübhəsiz ki, vorkşopun keçirilməsi sərgidə qurduğumuz ilkin əlaqələri möhkəmləndirmək, tərəfdaşların təklifləri ilə tanış olmaq və daha çox faydalı məlumat əldə etmək üçün imkan yaradan yaxşı ideyadır. Bundan başqa, qeyd etmək istəyirəm ki, biz bu vorkşopdan xarici həmkarlarımızın təkliflərini öyrənməklə yanaşı, ölkəmizi və onun turizm potensialını təbliğ etmək məqsədi ilə də istifadə etdik.

Ceyhun Quliyev, tur menecer, “ABA Travel” şirkəti
Bu sərgi və onun keçirildiyi günlərdə təşkil olunan praktiki vorkşop arzularımızın həyata keçməsinə kömək edir. Bizim şirkətin hər hansı konkret istiqamət üzrə ixtisaslaşmadığını və müştərilərin istəklərini yerinə yetirdiyini nəzərə alaraq, bizim üçün bütün dünyada müxtəlif tərəfdaş şəbəkəsinə malik olmaq çox vacibdir. Məncə, baş tutmuş vorkşop həmin şəbəkənin xeyli genişlənməsinə kömək etdi. Biz bu tədbirdə gələn ildə məmnuniyyətlə iştirak edəcəyik!   

Svetlana Həsənova, menecer, “Freestyle Safari” şirkəti
Turizm sərgisi çərçivəsində təşkil olunan vorkşop çox mühüm və faydalı tədbirdir. Faktiki olaraq, bu, eyni zamanda iki eyni istiqamətli, lakin müxtəlif formatlı tədbiri ziyarət etmək deməkdir. Tədbir ikiqat fayda gətirir və bu faydalar həmkarlar və potensial tərəfdaşlarla peşəkar tanışlıqda ifadə olunur. Əgər sərgidə ünsiyyət aktiv şəraitdə keçirsə, “B2B” formatlı vorkşopda vaxt çərçivəsi ciddi şəkildə təyin olunur. Bundan başqa, biz vorkşopda əlaqə qurduğumuz şirkətlərin stendini ziyarət etməklə yanaşı, işgüzar məsələləri də ətraflı şəkildə müzakirə edə bilərik. Builki vorkşop çox yaxşı təşkil olunub, ən əsası isə burada keyfiyyətli və bizə lazım olan tərəfdaş, şirkət və ölkələr təmsil olunurlar.

Rəvan Əhmədov, nümayəndə, “ATA Travel” şirkəti
“AITF” sərgisi uzun illərdir ki, ölkəmizdə təşkil olunur və turizm  sənayesinin peşəkarlarının marağına səbəb olan bir tədbirdir. Sərgidə ənənəvi olaraq tanınmış şirkətlər və Azərbaycanlı turistlər arasında populyar olan otel və turizm istiqamətlərini təqdim edilir. Sərgi çərçivəsində vorkşopun keçirilməsi şübhəsiz ki, tədbirin işgüzar tərkibini daha da gücləndirir. Bu gün keçirilmiş mühüm görüşlər ikitərəfli marağa səbəb olub.

 

      

   ​​​​   

   ​​​​   

Xəbərlər

Bütün xəbərlər