17-ci Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisi

5 - 7 aprel 2018 • Bakı Ekspo Mərkəzi


Tərəfdaş Ölkə

Media мərkəz » Xəbərlər

AITF - Turizm sənayesinin mütəxəssisləri aprel ayında Bakıda bir araya gələcəklər

Turizm sənayesinin mütəxəssisləri aprel ayında Bakıda bir araya gələcəklər
09.02.2017

Xəbərlər

Hər il təşkil olunan 16-cı Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər “AITF 2017” sərgisi 6-8 aprel tarixində Bakı Ekspo Mərkəzində keçiriləcək. Beləliklə, 16-cı dəfə keçiriləcək bu sərgi turizm bazarı, dövlət strukturları və həm yerli, həm də regional turizm təşkilatlarının, eləcə də kütləvi informasiya vasitələrinin nümayəndələrini növbəti dəfə bir arada toplayacaq. Xəzəryanı regionun turizm sənayesinin bu əsas sərgisində mühüm görüşlərin keçirilməsi, tərəfdaşlıq müqavilələrinin imzalanması, habelə, yeni proqram və turizm marşrutlarının elan edilməsi gözlənilir.

Turizm ölkə iqtisadiyyatının perspektivli sahələrindən biridir. Bu baxımdan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “AITF” sərgisini ziyarət edir, ekspozisiya ərazisini gəzir və sərgi iştirakçıları ilə tanış olur. Ölkə rəhbərliyi tərəfindən turizm sənayesinə, xüsusən də sərgiyə göstərilən diqqət turizm sahəsində işgüzar münasibətlərin inkişafını daha da stimullaşdırır.  

“AITF” sərgisi öz işinə başladığı gündən etibarən Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin fəal dəstəyi ilə keçirilir. Sərginin ənənəvi iştirakçısı - Azərbaycan Turizm Assosiasiyası (AZTA) da sərgiyə yaxından dəstək verir. “AITF” sərgisi həmçinin BMT-nin Ümumdünya Turizm Təşkilatı (ÜTT) və Asiya-Sakit Okean Turizm Assosiasiyası (ASOTA) kimi beynəlxalq strukturlar tərəfindən də dəstəklənir. Sərginin təşkilatçıları qismində “Iteca Caspian” və onun Böyük Britaniyalı tərəfdaşı “ITE Group plc” şirkətləri çıxış edirlər.

Bu il sərgidə müxtəlif turizm istiqamətləri, hava yolları və mehmanxana şəbəkələri, eləcə də turizm sahəsinin digər xidmət növləri təqdim ediləcək. İştirakçılar arasında Azərbaycan, İtaliya, İsveçrə və bir sıra digər ölkələri təmsil edən şirkətlər yer alır. Ənənəvi olaraq, sərgidə milli və regional stendlər də iştirak edir.  Belarus, Çexiya, Dominikan Respublikası, Gürcüstan, Mərakeş və Tailand kimi ölkələr sərgidə milli stend, Sloveniya və Stavropol vilayəti isə regional stendlə iştirak edəcəklərini təsdiq ediblər. Hər il sərgiyə yeni-yeni iştirakçılar qoşulur, belə ki, bu il ilk dəfə olaraq, Kolumbiyanın və Kubanın Azərbaycan Respublikasındakı səfirliklərinin dəstəyi ilə Kolumbiya və Kuba kimi ölkələr öz turizm imkanlarını Azərbaycan sərgisində nümayiş etdirəcəklər. Xarici debütantlar arasında Böyük Britaniya və Çini təmsil edən turizm şirkətlərini qeyd etmək olar.

“AITF” sərgisi hər il Azərbaycanda turizm bazarının imkanlarını nümayiş etdirməklə, ölkənin daxili turizm sektorunun inkişafında yaxından iştirak edir. Azərbaycanın, eləcə də ölkə regionlarının, o cümlədən Qarabağ bölgəsinin daxili turizm potensialı bütün çalarları ilə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin stendində təqdim ediləcək. Bundan başqa, sərginin yerli iştirakçıları arasında “Marxal” kurort kompleksi, “Gilan Hospitality” Azərbaycan otelləri şəbəkəsi və başqaları iştirak edəcək.

Sərgi çərçivəsində vorkşop keçiriləcək və bu tədbir aparıcı yerli turizm şirkətləri ilə işgüzar əlaqələr qurmaq və vasitəçi olmadan birbaşa danışıqlar aparmaq imkanı yaradacaq. Vorkşop sərginin ikinci iş günündə Bakı Ekspo Mərkəzində keçiriləcək. Vorkşopun təşkili çərçivəsində xüsusi “onlayn” sistem yaradılıb və iştirakçılar bu sistem vasitəsi ilə onları maraqlandıran şirkətlərlə görüşlər təyin edə bilirlər. Bu il bir sıra yerli turizm şirkətlərinin xahişi ilə həmin “onlayn” sistem sayəsində sərgi iştirakçıları ilə görüş təyin etmək imkanı da yaradılıb.

Beləliklə, “AITF” sərgisi növbəti dəfə müxtəlif işgüzar tapşırıqların həlli, yeni turizm məhsullarının elan edilməsi, tərəfdaşlar arasında görüşlərin keçirilməsi və möhkəm işgüzar əlaqələrin qurulması üçün möhtəşəm platformaya çevriləcək.

“AITF” sərgisi ilə yanaşı, regionda otel və restoran sənayesinin yeganə ixtisaslaşmış tədbiri olan 11-ci Qafqaz Beynəlxalq Mehmanxana, Restoran və Supermarketlər üçün Avadanlıq və Ləvazimatlar “Horex Caucasus 2017” sərgisi keçiriləcək.


Xəbərlər

Bütün xəbərlər