17-ci Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisi

5 - 7 aprel 2018 • Bakı Ekspo Mərkəzi

Media мərkəz » Xəbərlər

Biz vorkşopun nəticələrindən çox razıyıq!

Biz vorkşopun nəticələrindən çox razıyıq!
07.04.2017

Xəbərlər

Tərlan Quliyev, “Altus Travel” şirkətinin icraçı direktoru

– Biz “AITF” sərgisi çərçivəsində keçirilən vorkşopda debüt edirik və tədbirin nəticələrindən çox razıyıq! Bu tədbirdə artıq uzun illər əməkdaşlıq etdiyimiz tanınmış şirkətlər və müxtəlif istiqamət və ölkələr üzrə öz turizm məhsullarını təqdim edən yeni şirkətlərlə görüşlər keçirmək çox xoş oldu.

Şübhəsiz ki, vorkşopun keçirilməsi sərgidə qurduğumuz ilkin əlaqələri möhkəmləndirmək, tərəfdaşların təklifləri ilə tanış olmaq və daha çox faydalı məlumat əldə etmək üçün imkan yaradan yaxşı ideyadır.

Bundan başqa, qeyd etmək istəyirəm ki, biz bu vorkşopdan xarici həmkarlarımızın təkliflərini öyrənməklə yanaşı, ölkəmizi və onun turizm potensialını təbliğ etmək məqsədi ilə də istifadə etdik. Görüşlər “B2B” prinsipi üzrə qarşılıqlı təkliflər formatında keçirilərək ikitərəfli əməkdaşlığın təşkilinə kömək edib. Yerli turizm şirkəti kimi, məqsədimiz həm də Azərbaycanı populyarlaşdırmaq və onun turizm imkanlarını nümayiş etdirməkdir. Bir faktı da qeyd edim ki, xarici həmkarlarımız bu reklam fəaliyyətini onların ölkələrində həyata keçirməyimiz üçün bizi öz ölkələrinə dəvət ediblər.


Xəbərlər

Bütün xəbərlər