17-ci Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisi

5 - 7 aprel 2018 • Bakı Ekspo Mərkəzi

Media мərkəz » Xəbərlər

Zəngin mədəniyyət proqramı çərçivəsində sürprizlər

Zəngin mədəniyyət proqramı çərçivəsində sürprizlər
19.04.2017

Xəbərlər

İrfan Çiftçi, Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və turizm müşaviri

- Bu il Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər “AITF” sərgisinin daimi iştirakçılarından biri olan Türkiyə təxminən yüz iştirakçı (turizm şirkətləri, otel assosiasiyaları, turizm agentlikləri federasiyaları və digər şirkətlər) ilə təmsil olunurdu. Sərgidə ziyarətçilər bir sıra yeniliklər və zəngin mədəni tədbirlər proqramı ilə tanış oldular. Biz zəngin turizm potensialı olan Trabzon şəhərinin həm xalq folkloruna, həm də mədəniyyət və ənənələrinə xüsusi diqqət yetirmişik. Milli stend çərçivəsində xalq oyun ustaları, eləcə də tanınmış teatr və musiqi kollektivləri tərəfindən qarşılanan ziyarətçilərə əlvan metaldan istifadə etməklə görülən əl işləri (kazaziyyə) və kamança musiqi alətində ifa təqdim olunub. Sənətkarlar arasında Türkiyəni xaricdə uğurla təmsil edən ney (fleyta) alətinin ilk qadın ifaçısı Burcu Qaradağ, eləcə də tanınmış teatr və kino aktyoru, Zeytunburnu Teatr Sənəti Mərkəzinin direktoru Mehmet Usta da var idi. Rəssamlar Ömər Faruk və Əminə Derenin ifasında su üzərində rəsm sənəti (ebru) isə izləyicilər arasında xüsusi maraq doğurdu.

Azərbaycanda mədəni müxtəliflik və regional turizmə verilən əhəmiyyəti nəzərə alaraq, Türkiyə öz təbii turizm imkanlarını sərgidə geniş şəkildə nümayiş etdirdi və ziyarətçiləri ölkənin Qara dəniz sahilində yerləşən bölgələrinin mədəniyyəti ilə tanış etdi.

“AITF 2017” sərgisində iştirak etməkdə əsas məqsədimiz ölkənin turizm potensialını nümayiş etdirmək və bu sahədə Azərbaycanla daha sıx əlaqələr qurmaq idi. Sərgi Azərbaycanın beynəlxalq ictimaiyyətə tanıdılmasına, habelə onun nüfuz və dəyərlərinin təbliğinə çox böyük töhfə verməklə yanaşı, tədbirin daimi iştirakçısı olan Türkiyənin də turizm potensialı və nüfuzunun təbliğində mühüm rol oynayır.


Xəbərlər

Bütün xəbərlər